'Qalatasaray' UEFA-ya şikayət etdi

MAQAZİN
13:46 05.04.2013
1960

“Qalatasaray”  klubu futbolçusu Burak Yılmazın  Çempionlar Liqasının 1/4 finalının “Real”la  matçında aldığı sarı vərəqənin ləğvi üçün UEFA-ya şikayət edib.

İstanbul təmsilçisi norveçli hakim Moenin Buraka sarı vərəqə verməklə bağlı qərarının səhv qərar olduğunu bildirib. Buna görə də “Qalatasaray”  nümayəndələri ali futbol qurumundan qərarın ləğvini istəyib.

Qeyd edək ki, Madriddəki qarşılaşmada aldığı sarı vərəqə cari yarışda Burak üçün ikinci olub. Bu səbəbdən o, “Real”la cavab qarşılşamasını buraxmalı olacaq.

Qeyd edək ki, “Qalatasaray” – “Real” matçı aprelin 9-u baş tutacaq.//qol.az

OXŞAR XƏBƏRLƏR