Qalatasaray ulduzu ölümlə hədələndi

Qalatasaray ulduzu ölümlə hədələndi
İDMAN
11:58 10.06.2025
277
"Qalatasaray"ın ispaniyalı forvardı Alvaro Morata Millətlər Liqasının finalında etdiyi penalti səhvindən sonra sosial şəbəkədə hədəfə alınıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Moratanın həyat yoldaşı Alice Kampello İnstaqram hesabında ölümlə hədələndiklərini açıqlayıb.

Onun paylaşdığı fotolarda "Ərinizi küçədə görsəm öldürərəm, bir an belə tək qoymayacağam, uşaqlarınızı öz əllərimlə öldürəcəm, inşallah heç kim sağ qalmaz” ifadələri yer alıb. 
 
Övladları ilə çəkdirdiyi fotonu paylaşan ispan futbolçu, "Hamımız səhv edirik. Bu həyat öyrənmək və yaşamaqdan ibarətdir. Futbol həyəcanlı və gözlənilməzdir, ona görə də gözəldir. İdman əyləncəlidir və ona görə də dəyərləndirilməlidir. Əhəmiyyətli olan bizim necə insan olduğumuzdur. İnsanlara bir səhvə görə hücum etmək əvəzinə, onların həyatlarına hörmət etməyi dayandırmağı və lütfən, onlara nəyə nail olmağı dayandırmalıyıq" sözlərini yazıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR