"Qalatasaray" uruqvaylı futbolçunu heyətinə qatmaq istəyir

İDMAN
11:58 14.08.2024
129
"Qalatasaray" bu dəfə "CA Penarol"un 19 yaşlılardan ibarət komandasının futbolçusu German Barbarı diqqət mərkəzində saxlayır.

AZXEBER.COM İspaniya mətbuatına istinadən xəbər verir ki, "Cimbom" 17 yaşlı yarımmüdafiəçi üçün təklif paketi hazırlayır.

Qeyd edək ki, Uruqvayın U-20 millisində Argentina ilə oyunda seçilən futbolçu ilə İspaniya və Portuqaliya klubları da maraqlanır.
 
"Real Madrid" və "Benfika" Barbarın oyununu yaxından izləyirlər.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR