'Qalatasaray': yenə 3 aprel, yenə 'Real Madrid'

13:12 03.04.2013
1367

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

AZXEBER.COM-un məlumatına görə, bütün türk dünyasının gözü “Santiaqo Bernabeu” stadionuna yönələcək.

Belə ki, Türkiyənin ÇL-də yeganə təmsilçisi olan “Qalatasaray” adıçəkilən arenada Madrid “Real”ının qonağı olacaq. 2001-ci ildən bəri ilk dəfə qitənin ən nüfuzlu klub turnirində 1/4 finala vəsiqə qazanan “sarı-qırmızılılar” 12 il əvvəl də “Real”la qarşılaşmışdı. Maraqlıdır ki, həmin vaxt da komandaların ilk görüşün aprelin 3-də baş tutmuş, “Qalatasaray” 3:2 hesabı ilə qalib gəlmişdi.

Digər oyunda isə tarixində ilk dəfə ÇL-də iştirak edən “Malaqa” Dortmund “Borussiya”sını qəbul edəcək.

Hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

OXŞAR XƏBƏRLƏR