“Qalatasaray” yenidən liderliyə yüksəldiAZXEBER.COM xəbər verir ki, Türkiyə çempionatının 15-ci turunda “Qalatasaray” səfərdə “Sivasspor”un qonağı olub.Soyuq havada keçirilən oyunda “Qalatasaray” qolu erkən vurub, Umut Bulut 1-ci dəqiqədə hesabı açıb. Ev sahibləri 19-cu dəqiqədə hesabı bərabərləşdirib. 35-ci dəqiqədə Burak Yılmaz qonaqları önə keçirib. Matçda son nöqtəni Umut Bulut qoyub 1:3.Bu qələbə "Qalatasaray"a “Fənərbaxça” ilə derbi öncəsi vacib 3 xal qazandırıb.