Qalatasaray yoxsa Beşiktaş?

İDMAN
18:06 24.05.2015
1801

Türkiyə Super Liqasında XXXIII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyunu həftənin cümə günü keçirilib.

“Gənclərbirliyi” öz meydanında “Mərsin İdman Yurdu”na məğlub olub – 1:2.

Bu gün daha üç qarşılaşma baş tutacaq. “Kasımpaşa” “Ərciyəsspor”u, “Konyaspor” “Rizəspor”u, “Trabzonspor” isə “Balıkesirspor”u qəbul edəcək.

Sabah isə çempionluğun taleyini həll edə biləcək İstanbul derbisinin günü olacaq. Turun ən önəmli oyununda “Qalatasaray” çempionluq şansını artırmaq üçün “Beşiktaş”ı mütləq məğlub etməlidi. Doğrudur, bərabərlik halında da “cimbom”un şansları davam edəcək, ancaq işi son tura saxlamaqdansa “TT Arena”da azarkeşlər önündə qələbə qazanmaq daha yaxşı variantdır.

“Beşiktaş”ın “aslan”ı mümkün büdrətməsi isə “Fənərbaxça”nın xeyrinə olacaq.

Bazar ertəsi günü “Başakşəhər” qarşısına çıxacaq “bülbüllər” bir gün öncə oynanacaq oyunda “Beşiktaş”ın qələbəsini arzulayacaq.

Türkiyə Super Liqası

XXXIII tur

“Gənclərbirliyi” – “Mərsin” – 1:2

Qollar:Kahveci, 37 – Veliton, 60, Nakulma, 79

23 may

“Kasımpaşa” – “Kayseri Ərciyəsspor” - 3:3

Qollar:Torun, 14; Donk, 76; Malki, 85 - Zoua, 43; Edinyo, 46; Çağlayan, 57

“Konyaspor” – “Rizəspor” - 1:1

Qol:Rangelov, 90+2 -Kveuke, 21

“Trabzonspor” – “Balıkesirspor”- 3:2

Qol:Medyani, 35, Kordozo, 50, 85 -Çeviker, 28, Atasevən, 69

24 may

“Qaziantepspor” – “Əskişəhərspor” - 3:2

Qollar:Kamara, 7, 59, Çibuke, 9, - Öztürk, 63, Şentürk, 73

“Karabükspor” – “Sivasspor” - 2:1

Qol:Özek, 72, Sou, 76 -Yılmazer, 28

22:00 “Qalatasaray” – “Beşiktaş”

25 may

22:00 “Akhisar Bələdiyə” – “Bursaspor”

22:00 “Başakşəhər” – “Fənərbaxça”

OXŞAR XƏBƏRLƏR