Futbol üzrə Türkiyə superliqasında yeni mövsümə start verilir.
AZXEBER.COM-un məlumatına görə, mövsümün açılış matçı bu gün, Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Cüneyt Çakırın idarə edəcəyi oyunda “MP Antalyaspor” “Kayseri Erciyesspor”u qəbul edəcək.
İlk turun digər qarşılaşmalarında aşağıdakı cütlüklər üz-üzə gələcək:
Karabükspor – Kasımpaşa
Çaykur Rizespor – Genclerbirliyi
Konyaspor – Fenerbahçe
Akhisar BGS – Elazığspor
Eskişehirspor – Bursaspor
Beşiktaş – Trabzonspor
Kayserispor – Sivasspor
Qalatasaray – Qaziantepsor