"Qalatasaray" "Yuventus"a qarşı matça ciddi itki ilə çıxacaq

"Qalatasaray" "Yuventus"a qarşı matça ciddi itki ilə çıxacaq
İDMAN
22:53 16.02.2026
3344
"Qalatasaray" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında öz meydanında İtaliyanın "Yuventus" klubunu qəbul edəcək.

AZXEBER.COM xəbər verir ki, baş məşqçi Okan Buruk Mario Leminanın bu vacib dueldə komandasına kömək edə bilməyəcəyini açıqlayıb.

Qabonlu orta sahə oyunçusu zədə səbəbindən sıradan çıxıb. 32 yaşlı təcrübəli futbolçunun cavab qarşılaşmasına qədər tam hazır olacağı gözlənilir.

Xatırladaq ki, "Qalatasaray" və "Yuventus" arasındakı oyun fevralın 17-də baş tutacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.
OXŞAR XƏBƏRLƏR