"Yuventus"un hücumçusu Moyze Kin "Qalatasaray"ın diqqət mərkəzinə düşüb.
AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, İstanbul klubu transferi qışda həll etməyi planlaşdırır. 18 yaşlı futbolçu "Qalatasaray"da icarə əsasında oynayacaq. İstanbullular 6 aylıq icarə üçün 1,5 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Gənc hücumçu ötən mövsüm Verona-da icarə əsasında çıxış edib. Bu il isə Çempionlar Liqasında "Yuventus" - "Yanq Boys" matçında cəmi 13 dəqiqə meydanda olub.