AZXEBER.COM-un verdiyi məlumata görə, 34 yaşlı hücumçunun sabiq klubu “Şenxua Şanxay” “cimbom”u şoka salan açıqlama verib.
Belə ki, Çin klubu verdiyi açıqlamada Droqba ilə müqavilələrinin hələ də qüvvədən düşmədiyini bildirib: “Droqba ilə 2012-ci ilin yayında 2.5 illik müqavilə imzalamışıq. O bizimlə müqaviləsi ola-ola “Qalatasaray”la anlaşma bağlayaraq şərtləri pozub. Biz bütün detalları FİFA-ya təqdim edəcəyik.”
Qeyd edək ki, kot d‘ivuarlı futbolçu son 3 ayda maaşının ödənmədiyini və bu səbəbdən Pekin klubu ilə müqaviləni birtərəfli pozduğunu bildirmişdi. “Qalatasaray” rəhbərliyi isə futbolçunun transferinin qaydalara uyğun həyata keçirildiyini bildirib.