"Qalatasaray"ı cəzalandırdılar: Azarkeşsiz oynayacaq

"Qalatasaray"ı cəzalandırdılar: Azarkeşsiz oynayacaq
İDMAN
15:53 24.10.2017
1298

Türkiyənin "Qalatasaray" klubunun "Türk Telekom Stadionu" bağlanacaq.

Buna səbəb 22 oktyabrda "Qalatasaray"-"Fənərbağça" matçında yan xətt hakimi Tarık Ongunun başına dəyən su şüşəsi olub.

Tribunadan atılan şüşə hakimi yaralamışdı. Üstəlik, "cimbomlular" rəqibin ünvanına söyüşlər və təhqirlər yağdırmışdılar. Buna görə də komandaya 1 matç azarkeşsiz oynamaq cəzası verilib.

OXŞAR XƏBƏRLƏR