"Qalatasaray"da derbi öncəsi ciddi itki

"Qalatasaray"da derbi öncəsi ciddi itki
İDMAN
18:49 03.05.2019
4627

"Qalatasaray"ın 31 yaşlı forvardı Konstantinos Mitroğlu komandanın "Beşiktaş"la derbi öncəsi keçirdiyi məşqi zamanı zədələnib.

Oyunçunun vəziyyəti yoxlamalardan sonra bəlli olacaq.

Klub məsələ ilə bağlı rəsmi açıqlama verib: "Məşqdə sol üst əzələ qrupunda ağrı hiss edən Konstantinos Mitroğlunun müalicəsinə başlanıb. Futbolçumuzun son vəziyyəti aparılacaq testlərin ardından bəlli olacaq".

Qeyd edək ki, bazar günü "Qalatasaray" "Türk Telekom" stadionunda "Beşiktaş"ı qəbul edəcək.

milli.az

OXŞAR XƏBƏRLƏR