'Qalatasaray'dan Fatih Terim açıqlaması: istefaya göndəriləcəkmi?

İDMAN
17:15 09.04.2013
1651

“Qalatasaray” baş məşqçisi Fatih Terimin növbəti mövsümdə istefaya göndəriləcəyi haqda yayılan xəbərlərə rəsmi münasibət bildirib.

Klubun saytının yaydığı açıqlamada qeyd olunub ki, TV8-də yayımlanan “Teleqol” adlı verilişdə “Qalatasaray”ın prezidenti Ünal Aysalın dostlarından birinə istinadən Terimin istefaya göndəriləcəyi iddia edilib.

“Qeyd etmək istəyirik ki, bu məlumat uydurmadır. Klubumuzun prezidenti bu məsələylə bağlı heç kimlə söhbət etməyib. Cənab Fatih Terimin isə 2013-14-cü ilin sonuna qədər klubumuzla müqaviləsi var” – deyə məlumatda bildirilib.

OXŞAR XƏBƏRLƏR