'Qalatasaray'dan 'Fənərbaxça'ya təhqir məktubu - FOTOLAR

İDMAN
12:56 27.05.2013
1494
"Fənərbaxça" Türkiyə kubokunun qalibi olduqdan sonra, "Qalatasaray" azarkeşləri "Real Madrid" klubunun prezidenti Fiorentina Perez adından "Fənərbaxça"ya faks göndərib.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Fax"ın mətnində, "Türkiyə kubokunu qazandığı üçün "Fənərbaxça" klubunu təbrik edirik" sözləri yazılıb.Bu Faksın Fiorentina Perezdən gəldiyinə inanan "Fənərbaxça" rəhbərliyi, təbrik mesajını klubun veb saytında da yayımlayıb. Lakin, bir müddət sonra faksın yalan olduğu və "Qalatasaray"lı azarkeşlər tərəfindən göndərildiyi məlum olub.Bu zarafatı dahada ictimailəşdirən "Qalatasaray" azarkeşləri "Tvitter" sosial şəbəkəsində "Fənərbaxça"nı təhqir etməyə başlayıblar.
OXŞAR XƏBƏRLƏR