"Qalatasaray"dan mübahisələrə səbəb olacaq İkardi qərarı

"Qalatasaray"dan mübahisələrə səbəb olacaq İkardi qərarı
İDMAN
19:11 30.10.2023
290
Beşiktaş derbisində zədələnərək "Bayern" və "Rizəspor" matçlarında iynə ilə meydana çıxan Mauro İkardi ilə bağlı yekun qərar verilib.

Argentinalı hücumçu noyabrda başlayacaq milli fasiləyə qədər məşqdə iştirak etməyəcək və oyun günlərində iynə vuraraq meydana çıxacaq.

Bəzi azarkeşlər bu qərarı səhv hesab edərək, bunun futbolçunun daha ciddi zədələnməsinə səbəb ola biləcəyini bildiriblər.

Xatırladaq ki, Superliqanın 10-cu həftəsində "Qalatasaray"ın "Çaykur Rizəspor"u 1:0 hesabı ilə məğlub etdiyi matçda, Mauro İkardi yenidən meydana iynə ilə çıxmışdı. İstanbul təmsilçisinin argentinalı hücumçunu bir müddət daha iynə ilə oynatmaq istədiyi bildirilib.

İkardi milli fasiləyə kimi noyabrın 3-də "Kasımpaşa", 8-də "Bayern" və 11-də "Hatayspor"la keçiriləcək matçlarda meydanda iynə ilə çıxacaq.
OXŞAR XƏBƏRLƏR