"Qalatasaray"dan oyunçularına koronavirus xəbərdarlığı

"Qalatasaray"dan oyunçularına koronavirus xəbərdarlığı
İDMAN
16:18 11.03.2020
4014

Dünyanın bir çox ölkəsində faciələr törədən koronavirus artıq Türkiyəyə çatıb.

AzxeberSport xəbər verir ki, Türkiyə klubları bu virusa görə qabaqlayıcı tədbirlər görməyə başlayıb.

26-cı turda "Beşiktaş"ı qəbul edəcək "Qalatasaray" klubu oyunçularına xəbərdarlıq edib. Məşq zonalarında xüsusi tədbirlər görülüb. Bundan başqa oyunçuların məşqlərdən sonra gedəcəyi yerlərə diqqət etməsi və onlarla şəkil çəkdirmək istəyən azarkeşlərlə daha az təmasda olması bildirilib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası ölkədə koronavirusun tapılmasından sonra, oyunlara azarkeşlərin buraxılacağını, nəzərdə tutulan planların dəyişməyəcəyini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR