"Qalatasaray"dan transfer həmləsi - "Fənərbağça" da istəyirdi - FOTO

İDMAN
19:22 29.05.2023
258
Türkiyə Super Liqasında bu mövsüm sonuna 1 oyun qalmış "Qalatasaray" hücum xəttini "Reyncers”in oyunçusu Alfredo Morelos ilə gücləndirmək niyyətindədir.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, "Qalatasaray" rəsmiləri müqaviləsi mövsümün sonunda başa çatacaq 26 yaşlı kolumbiyalı hücumçunun meneceri ilə əlaqə saxlayıb.

Məlumata görə, mərkəz hücumçusu, sol cinah və sağ cinahda oynaya bilən futbolçu Türkiyədə oynayan həmyerlilərindən ölkə haqqında məlumat da alıb.

Bildirilir ki, "sarı-qırmızılar" yaxın günlərdə 7 milyon avroluq transfer dəyəri olan Morelos üçün rəsmi təklif göndərməyə hazırlaşır. 
Qeyd edək ki, cari mövsüm "Reyncers”də 45 oyun keçirən Alfredo Morelos 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Daha əvvəl Türkiyənin "Fənərbağça" klubunun da futbolçuyla maraqlandığı ilə bağlı mətbuatda xəbərlər yayılmışdı. 
 

 


OXŞAR XƏBƏRLƏR