Fatih Terimin göndərilməsindən sonra “Qalatasaray”ın baş məşqçi postuna kimin gələcəyi idman ictimaiyyətində böyük maraq doğurur.
AZXEBER.COM-un məlumatına görə, bu posta namizədlər siyahısına Zinəddin Zidan da əlavə olunub.
Hazırda “Real Madrid”də idman direktoru vəzifəsində çalışan əfsanəvi futbolçu “Qalatasaray” rəhbərliyinə yaxın bir şəxs tərəfindən tövsiyə olunub. Zidanın da baş məşqçilik etmək istədiyi və “cimbom”un mümkün təklifinə müsbət yanaşacağı bildirilir.
Qeyd edək ki, Zidandan başqa, Roberto Mançini, Di Matteo, Dik Advokaat kimi mütəxəssislərin də adı “sarı-qırmızılılar”la birgə çəkilir.