Son Türkiyə çempionu "Qalatasaray" klubunun futbolçusu Nordin Amrabat İtaliya nəhəngindən təklif alıb.
"Roma" klubu mərakeşli futbolçunun xidmətində maraqlıdır.
Xəbəri təsdiqləyən Amrabatın vəkili Erkan Alkan bu haqda belə deyib: "Roma"dan rəsmi təklif almışıq. Bu haqda "Qalatasaray" rəhbərliyinə məlumat vermişəm. Ancaq Amrabat "Cim Bom"dan ayrılmaq istəmir".
Qeyd edək ki, mövsümün əvvəlində "Qalatasaray"a transfer edilən Amrabat keçirdiyi 16 oyunda cəmi bir dəfə rəqib qapılarına yol tapıb.//qol.az