"Qalatasaray"ın hücumçusu Kerem Aktürkoğlu "Mançester Yunayted"lə oyunda vurduğu qolu fələstinli uşaqlara hədiyyə edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə futbolçunun şəxsi instagram səhifəsində açıqlama verib.
Aktürkoğlu açıqlamasında deyib:
"Bu hədəfi Fələstində ümid və sülhlə dolu bir gələcəyə layiq olan bütün uşaqlara həsr edirəm. Onların cəsarətləri və müqaviməti meydanda məni ruhlandırır. Siz hər zaman qəlbimizdəsiniz. Sizi unutmarıq”.
Qeyd edək ki, Çempionlar Liqasında "Qalatasaray" "Mançester Yunayted"lə 3-3 bərabərə qalıb.
Mikayıl