"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb

"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
İDMAN
20:14 25.06.2025
306
İspaniya millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Alvaro Moratanı təhdid edən azarkeş saxlanılıb.

19 yaşlı gənc sosial şəbəkə hesabına müdaxilələr olduğunu əsas gətirərək polisə müraciət edib.

Lakin istintaq zamanı onun ifadəsində uyğunsuzluq aşkarlanıb. Araşdırmalar nəticəsində fanatın özünün futbolçunu təhdid etdiyi üzə çıxıb.

Qeyd edək ki, Alvaro Morato Millətlər Liqasında Portuqaliyaya uduzduqları final oyunundan sonra ölümlə hədələnib. İspanlar penaltilər seriyasında (əsas vaxt - 2:2) rəqibə 3:5 hesabı ilə məğlub olublar. Morata da 11 metrlik zərbədən yararlana bilməyib.
 
///report
OXŞAR XƏBƏRLƏR