Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edən "Milan"ın (İtaliya) ispaniyalı hücumçusu Alvaro Morata vətəninə qayıda bilər.
32 yaşlı futbolçunun xidmətində "Xetafe" klubu maraqlıdır.
Bu il Türkiyə klubuna transfer olunan futbolçunun İspaniyaya qayıtmaq istədiyi bildirilir.
Qeyd edək ki, A.Morata "Qalatasaray"ın heyətində meydana çıxdığı 8 oyunda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Onun "Milan"la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. "Transfermarkt" portalı futbolçunu 13 milyon avro dəyərində qiymətləndirir.