‘Qalatasaray’ın kapitanı narkoman çıxdı

İDMAN
12:50 08.02.2013
1615

Türkiyənin "Qalatasaray" basketbol klubunun müdafiəçisi, komandanın kapitanı Devid Houkins kokaindən istifadə etdiyi üçün diskvalifikasiya olunub.

30 yaşlı basketbolçunun kokaindən istifadə edən narkoman olduğu yanvarın sonlarında aşkarlansa da, bu barədə indi rəsmi məlumat verilib.

Son testlərin birinin nəticələrinə görə,Houkinsin qanında kokain izlərinin olması heç bir şübhə doğurmur. Devid Houkins hələlik 30 ay müddətinə diskvalifikasiya olunub.

Houkins əvvəllər də narkotik maddələr qəbul edib.

2007-ci ildə İtaliyadakı dopinq testləri zamanı onun nəşə çəkdiyi aşkarlanmışdı. O vaxt basketbolçu 3 ay müddətinə diskvalifikasiya almışdı. Devid Houkins 2012-ci ilin yanvarından bəri "Qalatasaray"da oynayır.

OXŞAR XƏBƏRLƏR