"Qalatasaray"ın keçmiş hücumçusu Ümit Karan saxlanıldı

"Qalatasaray"ın keçmiş hücumçusu Ümit Karan saxlanıldı
İDMAN
22:56 14.01.2026
780
Türkiyədə məşhurlara qarşı həyata keçirilən narkotik əməliyyatı çərçivəsində "Qalatasaray" futbol klubunun keçmiş hücumçusu Ümit Karan saxlanılıb.

AZXEBER.COM bu barədə "En Son Haber" saytına istinadən xəbər verir.

Bildirilir ki, İstanbul Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin apardığı əməliyyat zamanı keçmiş futbolçu Sabiha Gökçen Hava Limanında saxlanılıb.

Qeyd edək ki, Ümit Karan hazırda televiziya kanallarında futbol şərhçisi kimi fəaliyyət göstərir.
OXŞAR XƏBƏRLƏR