Türkiyə mətbuatı İstanbulun "Qalatasaray" futbol klubunun gələcək prezidentinin adını açıqlayıb.ANS PRESS-in məlumatına görə, hazırkı prezident Ünal Aysalın 2016-cı ildə müddəti başa çatır. O, yenidən namizəd olmaq fikrində deyil. Başqan yerini gənclərə buraxmaq istədiyini bildirib. Türkiyə mətbuatı isə Aysaldan sonra prezident postuna siyasətçi, İstanbul bələdiyyə başqanlığına keçmiş namizəd Mustafa Sarıgülün olacağını iddia edir.