"Qalatasaray"ın sabiq futbolçusu Ümit Karanın narkotik analizinin nəticəsi məlum oldu

"Qalatasaray"ın sabiq futbolçusu Ümit Karanın narkotik analizinin nəticəsi məlum oldu
İDMAN
04:06 20.01.2026
617
İstanbulda məşhurlara qarşı keçirilən narkotik əməliyyat çərçivəsində saxlandıqdan sonra həbs edilən Türkiyə millisinin sabiq futbolçusu Ümit Karanın narkotik analizinin nəticəsi məlum olub.

AZXEBER.COM bu barədə "Haber Vakti" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, "Qalatasaray"ın sabiq hücumçusunun narkotik analizinin nəticəsi müsbət çıxıb.

Xatırladaq ki, sabiq futbolçu İstanbul polisi tərəfindən 18 şübhəli ilə birlikdə saxlanılıb. Şübhəlilərdən narkotik testi üçün qan və saç nümunələri götürülüb.
OXŞAR XƏBƏRLƏR