Türkiyə milli komandasının və "Qalatasaray"ın sabiq üzvü Ümit Karan həbs olunub.
Sabiq futbolçu yaşadığı binada qadına sataşmaq və cinsi təcavüzə görə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ümit Karan 2001-2009-cu illərdə "Qalatasaray"da çıxış edib. O, 3 dəfə Türkiyə çempionatının qalibi olub. Karan 10 matçda Türkiyə millisinin formasını geyinib.
/// fanat.az