"Qalatasaray"ın sabiq oyunçusu Uesli Sneijder "çirkli pullar"ın yuyulmasında ittiham olunur.
AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, Türkiyədə külli miqdarda pul transferlərini həyata keçirən şirkətin sabiq futbolçuya məxsus olduğu ortaya çıxıb.
Narkotik Cinayətlərə Qarşı Mübarizə İdarəsi və MASAK ilə birgə həyata keçirilən əməliyyatların ardından 2023-cü ilin noyabr ayında saxlanılan 55 şübhəlinin təxminən 4,5 milyard dəyərində pulu mənimsədiyi məlum olub.
"Beynəlxalq Narkotiklərin İstehsalı və Ticarəti", "Beynəlxalq Narkotik Ticarəti" "cinayət törətmək məqsədi ilə təşkilat qurmaq”, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması” kimi maddələrlə ittiham olunan şübhəlilərin 100.000 TL-yə yaxın əmlakı müsadirə edilib.
Aysel