"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində

"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
İDMAN
10:04 14.06.2025
169
"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhen daha bir klubun hədəfindədir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nigeriyalı hücumçu ilə "Mançester Yunayted"dən sonra "Yuventus"un da maraqlandığı öyrənilib.
 
Viktor Osimhenin transfer yarışının yay aylarında daha da qızışacağı gözlənilir.
 
"Yuventus" rəhbərliyi Duşan Vlahoviçin mümkün gedişi halında heyətə iki hücumameyilli futbolçunu əlavə etməyi planlaşdırır.
 
Siyahıda ən diqqət çəkən adlardan biri də Viktor Osimhendir. Torino komandasının büdcəsi 50 milyon avro ilə məhdudlaşsa da, "Napoli" ilə yollarını ayırmağa hazırlaşan nigeriyalı ulduz üçün transfer etməkdə qərarlıdır.

Gülay
OXŞAR XƏBƏRLƏR