“Qalatasaray”ın vitse-prezidenti də koronavirusa qalib gəldi

İDMAN
23:36 07.04.2020
1115
"Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak komandanın baş məşqçisi Fatih Terimdən sonra koronavirus xəstəliyinə qalib gəlib.

Kub rəsmisinin son testi mənfi nəticə verib. 

Martın 18-də oğlu və həyat yoldaşı ilə birgə xəstəxanaya aparılan, ötən həftədən isə müalicəsini ev şəraitində davam etdirən Albayrakın artıq koronavirusla bağlı problemi qalmayıb.

Qeyd edək ki, "Qalatasaray”ın digər vitse-prezidenti Yusuf Günay da müalicəsini evdə davam etdirir.
 
/// Oxu.Az 

OXŞAR XƏBƏRLƏR