Abdurrahim Albayrak: "Xeyr, Neftçi ilə heç bir əməkdaşlığımız yoxdur"
Xəbər verdiyimiz kimi, Bakıda “Qalatasaray” klubunun satış mağazasının rəsmi açılışı keçirilib.
AZXEBER.COM-un məlumatına görə, açılışda iştirak edən klubun vitse-prezidenti Abdurrahim Albayrak Bakıda olmaqdan məmnunluğunu dilə gətirib. Klubun baş məşqçisi Fatih Terimin və bəzi futbolçuların Bakıya gəlməməsinin səbəbi barədə danışan Albayrak bildirib ki, həftəsonu “Fənərbaxça” ilə derbi matçı oynanılacağı üçün bu matça ciddi hazırlaşırlar. Buna görə də onlar vaxt edib Bakıya gələ bilməyiblər. Abdurrahim Albayrak açılış zamanı jurnalistlərin suallarını cavablandırıb. Bir müddət öncə "Neftçi" klubunun rəhbərliyi "Qalatasaray"la əməkdaşlığa başladıqlarını bildirmişdi. Albayrak isə belə bir əməkdaşlığın olmadığını açıqlayıb: "Xeyr, Neftçi ilə heç bir əməkdaşlığımız yoxdur".