"Qalib ölkənin idmançıları bundan sonra da bütün yarışlardan qalib kimi qayıdacaqlar"

"Qalib ölkənin idmançıları bundan sonra da bütün yarışlardan qalib kimi qayıdacaqlar"
İDMAN
22:19 15.01.2023
383
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da əldə olunan inkişaf Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun tərəfindən idmanın inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində qısa bir müddətdə böyük uğurların təməli qoyuldu. Gənclər və İdman Nazirliyi yaradıldı. Olimpiya İdman Kompleksləri açıldı. Azərbaycan idmançıları uğurlara imza atmağa başladılar.   

Dahi rəhbər çıxışlarının birində demişdi: "İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edirlər, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.

Bu gün Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin ölkədə idman sahəsinə xüsusi qayğısı nəticəsində Azərbaycanda idmanın kütləviliyi təmin olundu və bu sahənin inkişafına xüsusi diqqət yetirildi. Bu qayğının nəticəsidir ki, Azərbaycanda dünya şöhrətli idmançılar yetişdi. 

Artıq həm Bakıda, həm də bütün bölgələrdə müasir olimpiya idman kompleksləri tikilib istifadəyə verilib. 2000-ci ildən idmançılarımız Yay Olimpiya Oyunlarında uğurla iştirak edir və qələbə qazanırlar. Azərbaycan bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Artıq respublikamız bu sahədə dünyanın aparıcı ölkələrindən biri hesab olunur. 2022-ci ildə respublika üzrə idmançılarımız beynəlxalq yarışlarda 300-ə yaxın qızıl olmaqla 800-dən çox medal qazanıblar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvar ayının 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə demişdi: "Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar.
Beynəlxalq yarışlar arasında xüsusilə 5 il əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu bir daha Azərbaycanın gücünü təsdiqləyir və göstərir ki, Azərbaycan idmanının inkişafı ardıcıl xarakter daşıyır”.

Artıq iki ildir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad edib. Bu gün o müqəddəs, doğma torpaqlarımızda abadlıq-quruculuq işləri gedir. Öz yurd-yuvalarından didərgin düşmüş insanlar ata-baba məskənlərinə qayıdırlar. Bu yerlərdə həyat qaynayır. 

Azad edilmiş ərazilərimizdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilib. Bu ərazilərdə də idmanın inkişaf etdirilməsi üçün Olimpiya İdman Komplekslərinin yaradılması nəzərdə tutulub. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Azad edilmiş bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir”.
Azərbaycanda ötən illər ərzində onlarla beynəlxalq turnirlər, mötəbər idman yarışları, Avropa çempionatları keçirilmişdi. Bu yarışların cənab Prezidentimiz tərəfindən şəxsən birbaşa zaldan izlənməsi idmançılarımızı daha böyük qələbələrə ruhlandırmışdı. 

Qürurla deyə bilərik ki, Abşeron idmanına da dövlətimiz və şəxsən cənab prezidentimiz İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilib. Belə ki, 2017-ci ildə Xırdalan şəhərində Olimpiya İdman Kompleksi istifadəyə verilib. Kompleksdə idmanın müxtəlif növləri üzrə bölmələr fəaliyyət göstərir. Göstərilən qayğının nəticəsidir ki, Abşeron rayonunun idmançıları respublika yarışlarından və beynəlxalq yarışlardan medallarla qayıdırlar.

Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimin sonunda 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya mənzil bağışladı. Çox sevindirici haldır ki, mükafatçılar arasında Abşeron Taekvondo məktəbinin yetirməsi, gənclər arasında dünya çempionu, V İslam Həmrəyliyi Oyunlarının gümüş və böyüklər arasında dünya çümpionatının gümüş mükafatçısı Cavid Ağayev də vardır.

Qalib ölkənin qürurlu idmançıları bundan sonra da bütün yarışlardan qalib kimi qayıdacaqlar.

Əsgər Əmirəliyev
Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
17:26 02.05.2025
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
17:02 02.05.2025
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:00 02.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
16:54 02.05.2025
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
Anar Yusub konsert verəcək - VİDEO
16:50 02.05.2025
Anar Yusub konsert verəcək - VİDEO
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
16:33 02.05.2025
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
16:19 02.05.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Komissiya sədri: "Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"
16:13 02.05.2025
Komissiya sədri: "Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
16:07 02.05.2025
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
15:54 02.05.2025
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - FOTOLAR
15:52 02.05.2025
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - FOTOLAR
Balidə rusiyalı məşqçinin cəsədi tapıldı
15:48 02.05.2025
Balidə rusiyalı məşqçinin cəsədi tapıldı
DSX Xəzərdə əməliyyat keçirdi - Bir nəfər zərərsizləşdirilib
15:45 02.05.2025
DSX Xəzərdə əməliyyat keçirdi - Bir nəfər zərərsizləşdirilib
Abituriyentlərin nəzərinə - Bu qrup üzrə qəbul qaydası dəyişdi
15:36 02.05.2025
Abituriyentlərin nəzərinə - Bu qrup üzrə qəbul qaydası dəyişdi
Nazir İlham Qasımovla bağlı əmr imzaladı
15:35 02.05.2025
Nazir İlham Qasımovla bağlı əmr imzaladı
Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır
15:17 02.05.2025
Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır