Qalmaqallı prokuror vəfat etdi

Qalmaqallı prokuror vəfat etdi
SOSİAL
15:50 31.07.2025
312

Uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış Nazim Ağamirzəyev vəfat edib.

AZXEBER.COM Qafqazinfo.az-a istinadən, bu barədə onun yaxınları bildiriblər. 67 yaşlı sabiq prokurorun xəstəlik səbəbindən həyatını itirdiyi qeyd edilib.

Qeyd edək ki, N.Ağamirzəyev Baş Prokurorluqda xüsusilə mühüm işlər üzrə müstəntiq, DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtariş fəliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışıb. O, İsmayıllı, Binəqədi və Biləsuvar rayonlarında da prokurorluq orqanlarında çalışıb.

Xatırladaq ki, 2018-ci ildə N.Ağamirzəyev işdən qanunsuz çıxarıldığını bildirərək Baş Prokurorluğu məhkəməyə vermişdi. 2017-ci ildə isə o, atalığın mübahisələndirilməsi iddiası ilə məhkəməyə verilmişdi və həmin prosesi uduzmuşdu.

OXŞAR XƏBƏRLƏR