Qalmaqallı Samiraldonun yeni - FOTOLARI

MAQAZİN
16:11 08.04.2014
2439
Stilist qırmızı pəncək, mavi, qırmızı, qara rənglərin qatışıqlığını əks etdirən enli şalvar və rəngarəng köynək ilə yaz əhval ruhiyyəsini nümayiş edib
Geyim tərzi və hərəkətləri ilə daim diqqət mərkəzində olan məşhur stilist Samiraldonun yeni fotoları yayılıb.
ANS PRESS-in məlumatına görə, əsl adı Samir Əliyev olan stilist yaz dəbinə uyğun olan kolleksiyasından olan geyimi ilə kamera qarşısına keçib. Bundan öncə yaz-yay dəbinin geyiumləri və makiyajl barədə maraqlı açıqlamalar verən stilist dedikləri ilə tam olaraq uyğunlaşır. Geyimləri ilə seçilməyi bacaran Samiraldo bu dəfə də ənənəsinə sadiq qalıb. Samiraldo bu dəfə qırmızı pəncək, mavi, qırmızı, qara rənglərin qatışıqlığını əks etdirən enli şalvar və rəngarəng köynək ilə yaz əhval ruhiyyəsini nümayiş edib. Samiraldonun yeniu fotolarını sizə təqdim edirik.
Xatırladaq ki, ötən günlərdə stilist onun barədə xoşagəlməz sözlər danışan, narahat edən insanlara üzünü tutaraq şəxsi Facebook səhifəsində sərt fikirlərini çatdıırıb. Həmin şəxslərin bir daha onun barəsində danışmamaqlarını tələb edib.
OXŞAR XƏBƏRLƏR