Qambiyalı qızlara baxıb şükür edək - 11:0 uduzdular

İDMAN
13:34 23.09.2012
1985
Bu gün 17 yaşadək qızlardan ibarət milli komandalar arasında III dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi mundialın ilk oyun günündə 4 matç baş tutub. 3 oyunun Bakıda, 1-in Lənkəranda keçirildiyi gündə A və B qrupunun komandaları meydana çıxıblar. Ən maraqlı oyunun favoritlər sırasında olan Fransa və ABŞ arasında keçiriləcək matçın olacağı gözlənilirdi. Ancaq ilk oyun günündə yeganə qol vurulmayan məhz bu matç olub. Əvəzində startda azarkeşlər 11 qol görə bilib. İlk dünya çempionatının qalibi olan Şimali Koreya yığması Qambiyanı millisini darmadağın edib. Qrupda rəqiblərimiz olan Nigeriya və Kanada yığmaları qalibi müəyyənləşdirə bilməyiblər. İlk 3 oyun baş tutduqdan sonra millimizin iştirakı ilə çempionatın açılış matçı keçirilib. Təəssüf ki, final mərhələsində debütümüz uğursuz alınıb. Belə ki, almaniyalı Sissi Raytın çalışdırdığı yığmamız Kolumbiyaya böyük hesabla uduzub. İndi millimiz növbəti oyununu gözləyir ki, bu, sentyabrın 25-də Lənkəranda şəhər stadionunda Nigeriya ilə olacaq. 22 sentyabr B qrupu KXDR – Qambiya - 11:0 QOLLAR: Yun Qeonq Ço, 18 (1:0), Un Sim Ri, 19 (2:0), 31-p. (4:0), 34 (5:0), Keonq Xyanq Ri, 20 (3:0), 62 (7:0), 77, (9:0) Pxeonq Xva Kim, 44 (6:0), Kim So Xyanq, 68 (8:0), Xyanq Sim Ri, 87 (10:0), 90+1 (11:0). Baş hakim: Karina Vitulano (İtaliya) Bakı. 8-ci km qəsəbə stadionu KXDR: Yonq Xva Rim, Sol Qeonq Ço, Xyanq Mi Kim, Yun Qeonq Ço, Xyanq Sim Ri, Un Sim Ri (Kim So Xyanq, 55), Pxeonq Xva Kim (Xyanq Mi Ço, 70), So Yon Con, Çunq Bok Ço (Un Xva Kim, 63), Un Yonq Ri, Keonq Xyanq Ri. Qambiya: Aminata Qaye, Ami Carcu, Binta Kolli, Ndey Beyai, Fatu Darbo, Penda Bax (Sayni Sissoxore, 65), Adama Tamba, Ava Demba (Veronik Malak, 60), Fatumata Qibba (İsatu Callo, 46), Sirrex Catta, Fatu Fatti.Fransa – ABŞ - 0:0 Baş hakim: Klaudiya Umpyerres (Uruqvay) Lənkəran. Şəhər stadionu Fransa: Romani Bröno, Aissatu Tounkara, Qrije Mbok Bati, Lea Deklerq, Kadidiatu Diani, Sandi Toletti, Marion Romanelli, Qutia Karçuni, Noemi Karaj, Juliana Qatrat, Delfin Kaskarino. ABŞ: Ceyn Kempbell, Brittani Besincer, Meddi Boyer, Sammer Qrin, Qabbi Miranda, Morqan Endryus, Toni Peyn, Mendi Friman, Endi Sallivan, Marqaret Perk, Derian Cenkins. A qrupu 17:00. Nigeriya – Kanada - 1:1 QOLLAR: Çinvendu İxezuo, 81 - Amandin Pyer-Lui, 63 Baş hakim: Katerina Monzul (Ukrayna) Bakı. T.Bəhramov adına Respublika stadionu Nigeriya: Qift Endi, Sara Nnodim, Çidinma Edeji, Tessi Bayaxvo, Yetunde Adeboyexo, Mabel Effiom, Xalimatu Ayinde, Viktoriya Aidelomon, Jiroro İdike, Ebere Okoye, Çinvendu İxezuo. Kanada: Kaylen Şeridan, Lindsi Aqnyo, Madelin İozzi, Sammer Klark, Rebekka Kuinn, Eşli Lourens, Yasmin Dxanda, Amandin Pyer-Lui, Kadeyşa Buçenan, Rebekka Ponyetti, Nikol Lonkar.20:00. AZƏRBAYCAN – KOLUMBİYA - 0:4 QOLLAR: Dayana Kastillo, 17, 20, Qabriela Maldonado, 44, Laura Aqirre, 73 Baş hakim: Etsuko Fukano (Yaponiya) Bakı. T.Bəhramov adına Respublika stadionu Azərbaycan: 1. Aytac Şərifova, 2. Jalə Məsimova, 4. Ləman Bağırova (20. Sabrina Ronahi, 31), 6. Maya Danqadze, 7. Əminə Heydərova (k), 10. Nigar Jəlilli (13. Aysun Əliyeva, 82), 11. Şəfəq Nəsirova, 14. Süheyla İltar, 16. Melis Sarıaltın, 17. Olya Şioşvili, 18. Leyla Solmaz (8. Aliyə Vəliyeva, 58)

OXŞAR XƏBƏRLƏR