‘Qan Donorları Assosiasiyası’ ATGTİ ilə memorandum imzaladı - FOTOLAR

GƏNCLİK
14:37 09.05.2014
2292

“Qan Donorları Assosiasiyası” İctimai Birliyi və və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) arasında respublikada qan donorluğunun inkişafı istiqamətində birgə əməkdaşlıq memorandumu imzalanıb.

Qan Donorları Assosiasiyasının mətbuat xidmətindən AZXEBER.COM-a verdiyi məlumata əsasən, məqsəd yaxın gələcəkdə ali təhsil ocaqlarında təhsil alan tələbələrin qan donorluğuna cəlb olunması, maarifləndirilməsi və tələbələr arasında qan donorluğu mədəniyyətinin formalaşdırılması istiqamətində birgə əməkdaşlığın əldə olunmasıdır.

Memorandum ATGTİ-nin sədri Şahin İsmayılov və Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov tərəfindən ATGTİ-nin mərkəzi ofisində imzalanıb. İmzalanma prosesində birliklərin əməkdaşları və fəal üzvləri iştirak edib. Mərasim sonrası iki təşkilatın rəsmiləri gələcək planları və birgə görüləcək müştərək layihələri müzakirə etmişdir.

Qan Donorları Assosiasiyası beş ilə yaxındır respublikada qan donorluğunun inkişafı sahəsində fəaliyyət göstərir və gənclərin könüllü qanvermələrə cəlb olunması üçün məqsədyönlü layihələr həyata keçirir. Birliyin hədəfi gənclərin bu layihələrdə fəal sürətdə iştirakını təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR