Qan Donorları Assosiasiyası ilə Səhiyyə TV arasında memorandum imzalandı

Qan Donorları Assosiasiyası ilə Səhiyyə TV arasında memorandum imzalandı
SOSİAL
15:02 27.01.2023
106
Respublikada qan donorluğunun inkişafına dəstək məqsədi ilə "Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov və Səhiyyə TV-nin təsisçisi və rəhbəri Azər Xudiyev arasında əməkdaşlıq memorandumu imzalanıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə birliyin mətbuat xidməti məlumat yayıb.
 
Memaranduma əsasən Səhiyyə TV-də mütamadi olaraq donorluğun düzgün təbliğinə dair proqramlar hazırlanaraq geniş kütləyə təqdim olunacaqdır.
 
Qeyd edək ki, Qan Donorları Assosiasiyası könüllü qan donorluq proqramını həyata keçirən milli təşkilat olaraq Beynəlxalq Qan Donorları Cəmiyyətləri Fedrasiyasında ölkəmizi təmsil edir.
OXŞAR XƏBƏRLƏR