Qan Donorları Assosiasiyası Milli QHT Forumuna üzv oldu

GƏNCLİK
00:05 17.04.2014
1874

“Rəhbərlik etdiyim Birlik üçün yaxın gələcəkdə qan donorluğunun inkişafı istiqamətində ölkədə fəaliyyətdə olan fəal QHT-lərlə əməkdaşlıq olduqca vacibdir. Biz Millli QHT Forumuna üzv olmaqla fəaliyyətimiz və gücümüzü genişləndirmək və faydalı olmağa çalışırıq”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Qan Donorları Assosiasiyasının sədri Əsgərov Fuad Milli QHT Forumunun idarə heyəti qarşısında çıxışı zamanı vurğulayıb.

Qeyd edək ki,16 aprel 2014-ci il tarixində respublikanın səhiyyə sahəsində önəmli fəaliyyətə malik “Qan Donorları Assosiasiyası” İctimai Birliyi (QDA)Azərbaycan Milli QHT Forumuna üzvlüyə müraciətinə baxılaraq üzv qəbul olunmuşdur. QDA 2008-ci il martın 30-unda Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Yarandığı gündən etibarən irsi qan xəstəlikləri səbəbindən uşaq ölümünə qarşı mübarizədə əvəzsiz fəaliyyətə malikdir.

Birliyin əsas məqsədi respublikada donorlardan ibarət “milli donor şəbəkəsini” qurmaq və gənclər arasında donorluq mədəniyyətini formalaşdırmaqdır.

OXŞAR XƏBƏRLƏR