Qan xərçəngi ilə bağlı Səhiyyə Nazirliyinə TAPŞIRIQ verildi

Qan xərçəngi ilə bağlı Səhiyyə Nazirliyinə TAPŞIRIQ verildi
SOSİAL
15:21 15.11.2016
1174
Hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Bu, Nazirlər Kabineti tərəfindən təsdiq edilən "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı"nda əksini tapıb.
 
Sənəddə qeyd edilib ki, bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. Bu qrup xəstəliklərin uşaq və gənc yaşlarında bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricilərə (50%-ə yaxın) malik olması diqqəti cəlb edir. Çox narahatedici amillərdən biri də odur ki, leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir. Hazırkı dövrdə inkişaf etmiş ölkələrdə qanın bədxassəli xəstəliklərinin patogenezinin və şiş hüceyrələrinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində baş vermiş tərəqqi, diaqnostikanın və müalicənin nəticələrinin qiymətləndirilməsinin yeni metodlarının tətbiqi, yeni dərman preparatlarının və müalicə metodlarının istifadəsi bu ağır xəstəlikdən əziyyət çəkən şəxslərin xəstəliyinin proqnozunun əhəmiyyətli şəkildə dəyişdirilməsinə gətirib çıxarıb. Son zamanlar qazanılmış nailiyyətlər, əvvəllər mütləq ölümlə nəticələnən xəstəliklər kimi qiymətləndirilən qanın bədxassəli xəstəliklərinə olan münasibəti tamamilə dəyişərək, onları sağalması mümkün olan xəstəliklərə aid etməyə imkan verib. Onkohematologiya təbabətin ən çox maliyyə vəsaiti tələb edən sahələrindən biridir.
 
Qanın bədxassəli xəstəliklərinin müalicəsi müasir kimyəvi terapiya proqramları ilə və hədəf terapiyasının tətbiqinə imkan verən innovasion preparatlarla aparılır, sümük iliyinin və hemo-poetik kök hüceyrələrinin transplantasiyası həyata keçirilir. Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə əsasən əmək qabiliyyəti yaşında olan insanların və uşaqların düçar olması, müayinə və müalicənin xəstələr üçün ağır maddi yük olması bu xəstəlikləri dövlət qayğısı tələb edən sosial əhəmiyyətli xəstəliklər hesab etməyə əsas verir. Bütün bunları nəzərə alaraq, Dövlət Proqramına əsasən, Səhiyyə Nazirliyinə 2017-2018-ci illərdə qanın bədxassəli xəstəlikləri üzrə tibbi registrin yaradılması tapşırılıb. Səhiyyə Nazirliyi Azərbaycanda 2017-ci ildən qan komponentlərinin xəstələrə köçürülməsindən əvvəl şüalandırılmasının və qanın bədxassəli xəstəliklərinə düçar olmuş xəstələrə hemo-poetik kök hüceyrələrinin transplantasiyasının tətbiq edilməsini təmin etməlidir. Eyni zamanda 2017-2021-ci illərdə qanın bədxassəli xəstəliklərinə düçar olmuş xəstələrin sitostatik və innovasion dərman preparatları ilə təmin edilməsi və xəstələrin qan komponentlərinə olan tələbatının ödənilməsi də Səhiyyə Nazirliyi qarşısında bir vəzifə olaraq müəyyən edilib.(APA)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır