04:48 Bazar Günü, 18 Avqust 2019
SAĞLAMLIQ

Qan Xeyriyyəçiləri Hindistana rəsmi səfər etdi - FOTOLAR

14:02, 22.05.20193192
Qan Xeyriyyəçiləri  Hindistana rəsmi səfər etdi - FOTOLAR
10-16 may 2019-cu il tarixlərində Qan Donorları Assosiasiyasının idarə heyyətinin sədri Fuad Əsgərov və birliyin xarici əlaqələr departamenti koordinatoru Nərmin Rəhimova Hindistana səfər edib. 

AZXEBER.COM xəbər verir ki, səfərin məqsədi Azərbaycanda keçiriləcək 19-cu Dünya Gəncləri Forumunda Asiya ölkələrinin iştirakını təmin etmək və yeni portniorlarla sıx əməkdaşlıqdır olub. 

Bir həftə davam edən görüşdə Hindistanın Dehli və Patra şəhərində yerləşən Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin eyni zamanda Mərkəzi  Qan Banklarının könüllü və təmənnasız qan donorluğu sahəsində həyata keçirdiyi layihələrlə tanış olaraq gələcək müştərək layihələrin müzakirəsi  aparılıb.

Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Şurası və Azərbaycan Gənclər Fondunun Maliyyə dəstəyi ilə həyata keçirilib.  
 
 

 

 

 

 

 

 


XƏBƏR LENTİ