Qanlı Göldə genişmiqyaslı abadlaşdırma işləri aparılacaq

Qanlı Göldə genişmiqyaslı abadlaşdırma işləri aparılacaq
İQTİSADİYYAT
16:08 02.04.2026
539

Yasamal rayonu ərazisində yerləşən və uzun illər "Qanlı göl” kimi tanınan su hövzəsinin ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma işlərinin həyata keçirilməsi planlaşdırılır. Hazırlanan yeni layihəyə əsasən, gölün ətrafı müasir şəhər parkı konsepsiyası əsasında yenidən təşkil olunacaq. 

 

Son illər görülən tədbirlər nəticəsində ərazidə geniş təmizləmə işləri aparılıb. Xüsusi texnikaların cəlb olunması ilə tullantılar ərazidən kənarlaşdırılıb, eyni zamanda suyun çirklənmə mənbələrinin qarşısı alınıb. Bu işlər nəticəsində gölün ekoloji vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

 

Ətraf ərazilərdə yaşayış massivlərinin inkişafı ilə bu məkan urban mühitin vacib hissəsinə çevrilib və rekreasiya potensialının reallaşdırılması üçün əlverişli şərait yaranıb.

Yeni layihəyə əsasən, gölün perimetri boyunca fasiləsiz piyada və velosiped yolları salınacaq, müşahidə platformaları və sahilboyu istirahət zonaları yaradılacaq. Ərazidə geniş yaşıllaşdırma işləri aparılacaq, sahil xətti möhkəmləndiriləcək və müasir işıqlandırma sistemi qurulacaq.

Bununla yanaşı, layihə çərçivəsində açıq hava idman zonaları, mini futbol və tennis meydançaları, ailəvi istirahət məkanları təşkil olunacaq. Sahil boyunca pavilyon tipli iaşə və xidmət obyektlərinin yerləşdirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, abadlaşdırma layihəsinin icrası "Kristal”şirkətinə həvalə olunub. Layihənin əsas məqsədi göl ətrafını təhlükəsiz, əlçatan və ekoloji baxımdan dayanıqlı ictimai məkana çevirməkdir.

Planlaşdırılan işlərin tamamlanmasından sonra bu məkanın şəhər sakinləri üçün müasir və cəlbedici istirahət zonalarından birinə çevriləcəyi gözlənilir.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
05:26 11.04.2026
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
04:13 11.04.2026
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
02:31 11.04.2026
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı