Qanlı hadisə: ər arvadını bıçaqladı

Qanlı hadisə: ər arvadını bıçaqladı
SOSİAL
21:37 07.10.2018
3003
Gəncədə bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM Report-a istinadən bildirir ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Yarıyeva Əfsanə Qəhrəman qızı qarın nahiyəsinin daxilə keçən bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan qadının vəziyyəti orta ağır qiymətləndirilir. Yaxınlarının sözlərinə görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR