"Kimsə, kimisə məhkəməyə verirsə, təbii ki, özünü haqlı gördüyü üçün verir. Ölkəmin qanunları nəyi tələb edəcəksə, o da olacaq".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında aparıcı Zaur Nəbioğlu Elza Seyidcahanın onu məhkəməyə verməsi xəbərinə münasibət bildirərkən deyib.
Nəbioğlu günahkar bilinərsə, heç bir məsuliyyətdən boyun qaçırmayacağını bildirib:
"Bilirsiniz ki, canlı yayımlanan efirlərin hər biri daha sonra arxivdə saxlanılır, eyni zamanda tam olaraq "Youtube" kanalına da yerləşdirilir. Orada bütün sübutlar var və mənim vəkilim tərəfindən məhkəməyə təqdim olunacaq. Kimsə, kimisə məhkəməyə verirsə, təbii ki, özünü haqlı gördüyü üçün verir. Mən hər zaman dünyaya hərtərəfli baxmağa çalışıram. Ona görə Elza Seyidcahanı da anlayıram, o da özünə görə haqlı ola bilər. Dövlətimizin qanun-qaydası var. Əgər günahkar bilinsəm, məhkəməni uduzsam dövlət nə tələb edəcək, onu da yerinə yetirəcəyəm".
Aysel Hacızadə