“Bakıda keçiriləcək istənilən qanunsuz aksiyanın qarşısı polis tərəfindən alınacaq”.
Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib. O, qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış istənilən aksiya qanunsuz olduğundan onun qarşısı polis əməkdaşları tərəfindən alınacaq.
Məlumat üçün bildirək ki, bir qrup gənc sosial şəbəkələrdə “Binə” və İsmayıllıda baş verən son hadisələrlə bağlı sabah “Fəvvarələr” meydanında aksiya keçirəcəyi ilə bağlı müraciət yayıb.//SİA