Qanunsuz qatara minən şəxs sərnişini döydü, sonra...

Qanunsuz qatara minən şəxs sərnişini döydü, sonra...
DÜNYA
12:55 02.09.2022
367
Mühafizəçi qanunsuz olaraq qatara minən sərnişini qaldıraraq yerə çırpıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hollandiyada mühafizəçi qanunsuz qatara minərək qadına hücum edən sərnişini qaldıraraq yerə çırpıb. 

Belə ki, Hollandiyada bir nəfər sərnişin qatara qanunsuz minmək istəsə də, qadın sərnişin bunun mümkün olmadığını ona bildirib. Lakin kişi ona xəbərdarlıq edən qadına hücum edərək ona yumruq vurub, eyni zamanda burnunu sındırıb.

Vağzalda işləyən mühafizəçi isə qadına zorakılıq edildiyini görüb hadisəyə qarışıb və həmin şəxsi yerə çırpıb.

Həmin anlar kameralara əks olunub.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR