Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb.
AZXEBER.COM xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
İyulun 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 4 tüfəng və 7 ədəd patron aşkar edərək götürüblər.