Qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirildi - FOTOLAR

Qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirildi - FOTOLAR
İQTİSADİYYAT
15:23 16.10.2025
114
"Bir damla qan, min ümidə can” devizi ilə təşkil olunan qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, oktyabrın 16-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, "Marsol Group”, "Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş "Bir damla qan, min ümidə can” devizi altında keçirilən qanvermə aksiyasında fəallıq göstərən şirkət rəhbərləri ilə görüş baş tutub.

Görüşdə İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev və Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev də iştirak ediblər. Tədbir çərçivəsində İCMA ilə Respublika Qan Bankı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədin məqsədi könüllü qan donorluğunun təşviqi, sosial məsuliyyət layihələrinin birgə həyata keçirilməsi və korporativ donorluq mədəniyyətinin inkişafına dəstək verməkdir.

Tədbir zamanı həmçinin qanvermə aksiyasında 20-dən çox əməkdaşı ilə fəal iştirak edən şirkət rəhbərlərinə KOBİA və İCMA adından təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, artıq ikinci dəfə təşkil olunan aksiya bu il daha geniş miqyasda baş tutub. Belə ki, qanvermə aksiyası 25–26 sentyabr tarixlərində Bakı ilə yanaşı, Şəki, Lənkəran və Xaçmazda da təşkil olunub.

Aksiyada ümumilikdə Bakı və regionlar daxil olmaqla 800-ə yaxın şəxs qan verib. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq. 
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bağça müdirlərinin diaqnosik qiymətləndirilməsi keçiriləcək
17:40 16.10.2025
Bağça müdirlərinin diaqnosik qiymətləndirilməsi keçiriləcək
Rusiya "İskəndər"lə Ukraynanın təlim poliqonuna zərbə endirib, itkilər var
17:28 16.10.2025
Rusiya "İskəndər"lə Ukraynanın təlim poliqonuna zərbə endirib, itkilər var
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı
17:07 16.10.2025
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
16:59 16.10.2025
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Neftçalada ov qaydalarını pozan şəxs saxlanıldı - FOTO
16:14 16.10.2025
Neftçalada ov qaydalarını pozan şəxs saxlanıldı - FOTO
Bu da Ramiz Mehdiyevin dəbdəbəli villası - VİDEO - FOTO
16:14 16.10.2025
Bu da Ramiz Mehdiyevin dəbdəbəli villası - VİDEO - FOTO
Prezident: Fransa ilə Azərbaycan arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16:05 16.10.2025
Prezident: Fransa ilə Azərbaycan arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
16:00 16.10.2025
Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
Yelo Business App sahibkarlar üçün daha bir imkan təqdim edir
15:53 16.10.2025
Yelo Business App sahibkarlar üçün daha bir imkan təqdim edir
Ajda Pekkan yeni reklamdan 40 milyon qazanacaq
15:40 16.10.2025
Ajda Pekkan yeni reklamdan 40 milyon qazanacaq
DTX-nın saxladığı sabiq diplomata hökm oxundu
15:27 16.10.2025
DTX-nın saxladığı sabiq diplomata hökm oxundu
Qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirildi - FOTOLAR
15:23 16.10.2025
Qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirildi - FOTOLAR
Ramiz Mehdiyevin dövlət çevrilişi planı belə ifşa edilib - ŞOK FAKTLAR
15:16 16.10.2025
Ramiz Mehdiyevin dövlət çevrilişi planı belə ifşa edilib - ŞOK FAKTLAR
10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit kampaniyası
15:12 16.10.2025
10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit kampaniyası
"Tiktok"er İlhaməyə həbs qərarı verən hakimin işinə xitam verildi
15:11 16.10.2025
"Tiktok"er İlhaməyə həbs qərarı verən hakimin işinə xitam verildi
Dimaşın Meksika konsertinin biletləri 8 dəqiqədə tükəndi - Rekordunu yenilədi
15:10 16.10.2025
Dimaşın Meksika konsertinin biletləri 8 dəqiqədə tükəndi - Rekordunu yenilədi