Moldovada fəaliyyət göstərən Qaqauz Muxtar Vilayətinin Prezidenti Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, 2023-cü il prezident seçkilərində kampaniyasını qeyri-qanuni maliyyələşdirməyə görə həbs edilib.
Qutsulla bərabər Moldovada fəaliyyəti qadağan edilmiş "Şor” Partiyasının keçmiş katibi Svetlana Popan da 6 il müddətinə azadlıqdan məhrum edilib.
İclas zamanı məhkəmə binası qarşısında etiraz aksiyası keçirilib.
Fəallar Qutsula həbs cəzası verilməsinə etiraz ediblər.
Qeyd edək ki, Qutsul martın 25-də Kişinyov hava limanında saxlanılıb.