Sabiq deputat və biznesmen Qaqik Tsarukyan barəsində ictimai cinayət işi başlanılıb.
Bu barədə Ermənistan Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Qaqik Tsarukyan barəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin 507-ci maddəsinin 1-ci hissəsi üzrə (məhkəmə aktını icra etməmə) cinayət işi başlanıb.
Qaqik Tsarukyan Ermənistandan çıxışına qadağa qoyulub.
///apa











































