Qaqik Tsarukyanın cinayət işi məhkəməyə göndərilib

Qaqik Tsarukyanın cinayət işi məhkəməyə göndərilib
DÜNYA
19:47 25.04.2023
207
Sabiq deputat və biznesmen Qaqik Tsarukyanın barəsində açılan iş Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə verilib.

Bu barədə "Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, "Çiçəklənən Ermənistan" partiyasının lideri seçkiqabağı kampaniyada rüşvət verməkdə ittiham olunur və ittihamları sübuta yetirən dəlillər təqdim edilib.

Məlum olub ki, Tsarukyan və "Multi Group” şirkətinin baş direktoru Sedrak Arustamyan 2017-ci ilin 2 aprel tarixində keçirilmiş parlament seçkilərində seçicilərə rüşvət verib.
 
///APA 
OXŞAR XƏBƏRLƏR